ABŞ "vampir"lərinin məlumatları silindi
ABŞ Hökumətinin Effektivliyinin Artırılması Departamenti (DOGE) sosial təminat sistemindən 120 yaşdan yuxarı şəxslərə məxsus milyonlarla fərdi sığorta nömrəsinin silindiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə DOGE-nin mətbuat xidmətinin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.
Açıqlamaya əsasən, son bir ay ərzində 10 milyon qeyd müvafiq bazadan çıxarılıb. Lakin departament rəsmilərinin sözlərinə görə, mütəxəssislər daha 2 milyon vətəndaşın məlumatlarının silinməsi üçün iş aparır.
Xatırladaq ki, fevralın 17-də DOGE rəhbəri və məşhur sahibkar İlon Mask sosial təminat sistemində yaşı 120-dən 369-a qədər olan şəxslərin qeydə alındığını açıqlayıb. Onun sözlərinə görə, sosial yardım alanlar siyahısında 120-129 yaş aralığında 3,4 milyon nəfər, 220-229 yaş arasında isə 1000-ə yaxın insan yer alıb. Mask, onları "vampir" adlandırıb.
Aysel Mətləb
tag: ABŞ,İlon Mask,Vampir,Sığorta,todaypres.az,