ABŞ və Aİ arasında parçalanmalar başladı
"Dünən vassal kimi Vaşinqtona tabe olan avropalılar indi öz siyasətçilərinin vasitəsilə ABŞ ilə aralarındakı münasibətlərə son qoyurlar".
TodayPress xəbər verir ki, alman politoloq Aleksandr Rahr bunu “Svobodnaya Pressa”ya müsahibəsində deyib.
Onun fikrincə, Rusiya üçün bu, onun əsas rəqibinin artıq ABŞ deyil, Avropa İttifaqı (Aİ) olması deməkdir. Eyni zamanda, Almaniyanın Rusiya ilə gələcək qarşıdurmanın memarı və maliyyəçisi rolunu niyə öz üzərinə götürməsi “tamamilə aydın deyil”.
"Rusiya üçün son Münhen konfransından əldə olunan əsas nəticə ABŞ və Aİ arasında parçalanmanın yaranmasıdır. Üstəlik, konkret olaraq Aİ ilə, çünki Vaşinqton ayrı-ayrı Avropa ölkələri ilə bağlı “çox müsbət siqnallar” nümayiş etdirir. İttifaqla ABŞ arasında bölünmə baş verib və çox güman ki, bu, inkişaf edəcək"deyə o bildirib.
Aleksandrın sözlərinə görə, bu, Rusiya üçün sərfəlidir. Moskva hadisələrin bu nöqteyi-nəzərdən inkişafı üçün çox böyük səy göstərib və bu gün bu parçalanmaları hər cür dəstəkləməli, təhrik etməlidir.
Töhfə Səməd
tag: Vaşinqton,ABŞ,Aİ,Aleksandr Rahr,Rusiya ,Münhen,todaypress.az,