ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər öldü

Dünya

16.03.2025 00:00

2844

ABŞ və Britaniya qüvvələrinin Yəmənə endirdiyi zərbələr nəticəsində azı 9 nəfər həlak olub.


TodayPress  xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalına husilərin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.

 

“ABŞ və Böyük Britaniyanın zərbələrinin nəticəsində doqquz ölü, doqquz yaralı var”, - Anis əl-Əsbahi qeyd edib.

 

Qeyd edək ki, qısa müddət öncə Amerika lideri Donald Tramp ABŞ ordusuna husilərə qarşı hərbi əməliyyatlara başlamaq əmri verdiyini açıqlayıb.

 

 

tag: ABŞ, Böyük Britaniya, Yəmən, Husi, Yaralı, Ölüm, todaypress.az,