ABŞ və Hindistan ticarət danışıqlarına başlayır
ABŞ və Hindistan 14 apreldən etibarən ticarət münasibətlərinə dair məsləhətləşmələrə başlayacaq.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Hindistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, danışıqlar ilkin mərhələdə onlayn formatda keçiriləcək.
Tərəflər may ayının sonunadək qarşılıqlı güzəştlərin mümkün olduğu sahələr üzrə dəqiqlik əldə etməyə çalışacaq.
Qeyd edək ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ötən həftə verdiyi açıqlamada ABŞ ilə ticarət sazişinin əldə olunmasının hər zamankından daha vacib olduğunu bildirmişdi.
Qiymət Mahir
tag: ABŞ,Hindistan,Görüş,Danışıqlar,Todaypress.az,