ABŞ və İsrail Afrika ölkələri ilə danışıqlar apardı
Amerika və İsrail rəsmiləri Sudan, Somali və Somalilend hakimiyyətləri ilə fələstinlilərin Qəzza zolağından köçürülməsi üçün bu ölkələrin ərazilərindən istifadə imkanlarını müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press (AP)” ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton və Təl-Əviv Afrika qitəsindəki üç hökumətlə qeyri-rəsmi danışıqlara başlayıb. ABŞ prezidenti Donald Trampın planına uyğun olaraq, bu ölkələrin əraziləri Qəzzadan köçürüləcək fələstinlilər üçün yaşayış məntəqəsi kimi nəzərdən keçirilir. Danışıqların hansı səviyyədə aparıldığı və nəticə verib-vermədiyi isə bilinmir.
ABŞ və İsrailin Sudan, Somali və Somalilendlə məsləhətləşmələrə hələ fevral ayında başladığı bildirilir.
Ağ Ev və İsrailin Baş naziri Benyamin Netanyahu bu mövzuda şərh verməkdən imtina edib.
Qiymət Mahir
tag: Ağ Ev,Baş nazir,Somali,Netanyahu,Todaypress.az,