ABŞ və İsrail Yəmən ərazisinə birgə zərbələr endirdi
ABŞ və İsrail husilərin nəzarətində olan Hodeyda şəhərinə birgə hava zərbələri endirib.
TodayPress xəbər verir ki, bu barədə "Al Masirah" məlumat yayıb.
Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalının məlumatına görə isə, İsrail Hərbi Hava Qüvvələri Qırmızı dəniz sahilində yerləşən Hodeyda limanını və husilərə məxsus yaxın əraziləri hədəfə alıb.
Məlumata əsasən, Hodeyda vilayəti azı 12 hava zərbəsinə məruz qalıb.
tag: ABŞ, İsrail, Zərbə, Hodeyda, todaypress.az,