ABŞ və Ukrayna 30 günlük atəşkəsi müzakirə edir
ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən növbəti danışıqlar raundunda Qara dənizdə atəşkəs və enerji infrastrukturlarına zərbələrin dayandırılması məsələsini müzakirə edirlər.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” danışıqlara yaxın mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, tərəflər enerji sistemlərinə hücumların və döyüş əməliyyatlarının ən azı 30 gün müddətinə dayandırılması imkanlarını dəyərləndirirlər.
Qeyd edək ki, martın 25-də Vaşinqton və Kiyev nümayəndələrinin Ər-Riyad görüşlərinin yeni mərhələsinə başlayıb.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Danışıqlar,Atəşkəs,Müzakirə,Todaypress.az,