ABŞ və Ukrayna dron istehsalında əməkdaşlığı gücləndirir

Dünya

12.03.2025 13:51

2393

ABŞ startapları və Ukraynanın dron istehsalçıları daha effektiv pilotsuz uçuş aparatları (PUA) hazırlamaq üçün əməkdaşlıq edirlər. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Məlumata görə, Pentaqon Ukraynanın dron texnologiyalarına artan maraq göstərir.

Qəzet qeyd edir ki, milyardlarla dollar xərcləyən amerikalı startaplar sərfəli və effektiv dron modelləri yaratmaqda çətinliklərlə üzləşib.

Buna baxmayaraq, Ukrayna şirkətləri təkcə 2023-cü ildə 2 milyondan çox PUA istehsal edib.

Məqalədə vurğulanır ki, ABŞ və Ukrayna arasında dron istehsalı sahəsində əməkdaşlıq, Ukraynadakı münaqişənin mümkün sülh yolu ilə həlli ilə bağlı gedən danışıqlara baxmayaraq, davam edəcək.

Qiymət Mahir

tag: Ukrayna,ABŞ,Dron,istehsal,Todaypress.az,