ABŞ və Ukrayna faydalı qazıntılar üzrə sazişi razılaşdırdı
ABŞ və Ukrayna faydalı qazıntılarla bağlı sazişin bütün detallarını razılaşdırıb, müzakirələr tamamlanıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox Business”ə açıqlama verib.
“Saziş hazırdır. Fevralın 28-də sazişi imzalamaq üçün prezident Volodimir Zelenski Vaşinqtona gələcək, buna görə də bu mövzuda artıq danışıqlar aparılmır. Əminəm ki, Zelenski və ABŞ prezidenti Donald Tramp geniş mövzuları müzakirə edəcəklər, lakin sazişin özü tamamilə razılaşdırılıb. Sənəd artıq kağız üzərindədir, Ukrayna hökuməti onu təsdiqləyib və indi sadəcə imzalanma mərhələsindədir” deyə o bildirib.
Nazirin sözlərinə görə, bu saziş strateji minerallar, neft və qaz, eləcə də infrastruktur aktivlərini əhatə edir.
O, razılaşmanın həm Vaşinqton, həm də Kiyev üçün sərfəli olacağına inandığını vurğulayıb.
Qiymət Mahir
tag: Skott Bessent,ABŞ,Ukrayna,Tramp,Zelenski,Todaypress.az,