ABŞ və Ukrayna memorandum imzaladı
ABŞ və Ukrayna iqtisadi əməkdaşlıq sahəsində memorandum imzalayıblar.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bildirilib ki, bu sənəd Vaşinqton və Kiyev arasında resurs sazişi üzrə danışıqların bir hissəsidir.
Tam sazişin isə gələn həftənin sonuna qədər imzalanacağı gözlənilir.
Ukraynanın Baş nazirinin müavini Yuliya Svırıdenko bildirib ki, razılaşma böyük investisiyalar, infrastrukturun yenilənməsi və hər iki ölkə üçün faydalı tərəfdaşlıq imkanları yaradacaq.
Türkan İsgəndərli
tag: ABŞ,Ukrayna,Memorandum,İqtisadi,Todaypress.az,