ABŞ və Ukrayna mineral ehtiyatlarla bağlı yenilənmiş sazişi müzakirə edir

Dünya

21.02.2025 09:40

1710

ABŞ və Ukrayna arasında mineral ehtiyatların istifadəsi ilə bağlı təkmilləşdirilmiş sazişin müzakirələri davam edir. 

TodayPress xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası bir neçə günlük danışıqlardan sonra sənədin yenilənmiş versiyasını Kiyevə təqdim edib.

Amerikalı və ukraynalı rəsmilərin bildirdiyinə görə, yeni layihədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi narahatlıqları nəzərə alınıb. Axiosun mənbələrindən biri sənədə “əhəmiyyətli təkmilləşdirmələrin” daxil edildiyini və onun artıq Ukrayna qanunvericiliyinə uyğunlaşdırıldığını bildirib. Məsələn, sənəddən razılaşmanın Nyu-York məhkəməsinin yurisdiksiyasına aid olması ilə bağlı müddəa çıxarılıb. Daha əvvəl “The Telegraph” bu maddənin faktiki olaraq Ukraynanın qeyri-müəyyən müddətə “iqtisadi kolonizasiyası” demək olduğunu, bunun isə II Dünya müharibəsindən sonra Almaniya və Yaponiyaya tətbiq edilən reparasiyalardan da ağır olduğunu yazmışdı.

Qeyd edək ki, Zelenski nəzərdə tutulan sazişi imzalamaqdan iki dəfə imtina edərək, onun yenidən işlənməli olduğunu və parlament tərəfindən təsdiqlənməsinin vacibliyini bildirib.

Qiymət Mahir

tag: ,