ABŞ və Ukrayna rəsmilərinin görüşünün ikinci mərhələsi başa çatdı -YENİLƏNDİ 2

Dünya

25.03.2025 15:58

2802

ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən Ər-Riyad görüşünün ikinci mərhələsi başa çatıb.

TodayPress “Agence France-Presse”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın nümayəndə heyətindəki mənbə məlumat verib. O, deyib ki, görüş bitsə də, ABŞ rəsmiləri ilə birgə fəaliyyət davam etdirilir.

ABŞ və Ukrayna nümayəndə heyətləri Ər-Riyadda Rusiya ilə atəşkəs barədə danışıqların yeni mərhələsinə başlayıb.


***

13:52

TodayPress xəbər verir ki, bu barədə “RBC Ukraine” AFP-yə istinadən məlumat yayıb.

"Ər-Riyadda Ukrayna və ABŞ komandaları arasında Kiyev və Moskva arasında atəşkəs məsələsi ilə bağlı yeni görüş keçirilir, Ukrayna nümayəndə heyətindəki mənbə bildirib" deyə agentlik vurğulayıb.

“Bloomberg” isə öz növbəsində qeyd edib ki, tərəflər enerji obyektlərinə 30 gün ərzində zərbələrin dayandırılması imkanı və Qara dənizdə atəşkəsə nail olmaq barədə müzakirələr aparmaq niyyətindədirlər.

Qeyd edək ki, tərəflər martın 23-də Ər-Riyadda bu məsələ ilə bağlı danışıqlar aparıblar.


***

13:16

ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqların növbəti raundunu martın 25-də Ər-Riyadda keçirəcək. 

TodayPress xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb. 

“Biz amerikalılarla əməkdaşlığımızı davam etdiririk” deyə Ukrayna nümayəndəsi bildirib. 

Qiymət Mahir

tag: ABŞ,Ukrayna,Rusiya,Ər-Riyad,Danışıqlar,Todaypress.az,