ABŞ və Yaponiya yeni tarif danışıqlarına hazırlaşır

Dünya

17.04.2025 12:45

16

ABŞ və Yaponiya arasında ticarət tariflərinin aradan qaldırılması ilə bağlı danışıqlar aparsa da, hələlik nəticə yoxdur. 

TodayPress xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadi inkişaf naziri Ryosei Akazava bildirib. 

O, ABŞ prezidenti Donald Tramp, maliyyə naziri Skot Bessent və ticarət nümayəndəsi Cemison Qri ilə danışıqlar aparıb. 

Danışıqlarda tariflərin dərhal ləğv edilməsi müzakirə edilsə də, konkret qərar qəbul olunmayıb.

Aprelin sonunda danışıqların ikinci mərhələsinin keçirilməsi gözlənilir. 

Tramp isə sosial mediada görüşü “böyük irəliləyiş” adlandırıb. 

Qeyd edək ki, ABŞ daha əvvəl Yaponiyaya qarşı polad, alüminium və avtomobillərə 25%-lik rüsum tətbiq edib.

Hazırda bu tariflər müvəqqəti olaraq 10%-ə endirilib.   

Türkan İsgəndərli

tag: ABŞ,Yaponiya,Tarif,Danışıqlar,Todaypress.az,