ABŞ yaxın illərdə neft və qaz hasilatını artıra bilər

Dünya

11.04.2025 03:56

12

Enerji tələbatının artacağı gözlənildiyi üçün ABŞ yaxın bir neçə il ərzində neft və təbii qaz hasilatını artırmağa hazırlaşır.

TodayPress xəbər verir ki, bu barədə ABŞ-ın enerji naziri Kris Rayt Əbu-Dabidə keçirdiyi mətbuat konfransında bildirib.

“Yaxın illərdə ABŞ-da neft və qaz tələbatının kəskin şəkildə artdığını görəcəyik və bu, hasilatın da artmasına səbəb olacaq” deyə nazir qeyd edib.

Kris Rayt həmçinin qlobal bazarda neft və təbii qazın qiymətlərinin tədricən enəcəyini proqnozlaşdırdığını bildirib. Bununla belə, ABŞ hökuməti hesab edir ki, hasilatın maya dəyərinin azaldılması sayəsində karbohidrogen istehsalçıları mövcud gəlirlilik səviyyəsini qoruyub saxlaya biləcəklər.

tag: ABŞ, Kris Rayt Əbu-Dabi,Neft, Qaz, todaypress.az,