ABŞ Yəməndə 7 PUA itirdi
Yəmən husiləri son altı həftə ərzində ümumi dəyəri 200 milyon dollar olan yeddi ABŞ “Raeper” pilotsuz təyyarəsini (PUA) vurub.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Keçən həftə isə üç ABŞ PUA-sının vurulduğu bildirilib.
Hazırkı şəraitdə hava əməliyyatının genişləndirilməsi ABŞ Hərbi Hava Qüvvələri üçün riskləri artıra bilər.
Qeyd edək ki, Pentaqon husilərin komanda məntəqələrinə, silah anbarlarına və istehsal sahələrinə, hava hücumundan müdafiə mövqelərinə və şəxsi heyətin cəmləşdiyi ərazilərə ümumilikdə 800 zərbə endirdiyini açıqlayıb.
tag: ABŞ,Yəmən,PUA,Zərbə,Todaypress.az,