ABŞ Yəməndəki husilərin hədəflərinə ən azı 15 zərbə endirdilər
Birləşmiş Ştatlar Yəmənin Hodeyda əyalətindəki husi hədəflərinə ən azı 15 hava zərbəsi endirib.
TodayPress xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumata görə, hücumlar Hodeyda sahillərində Qırmızı dənizdə, Kamran adasındakı obyektləri hədəf alıb. Əlavə məlumat verilməyib.
Martın 15-də ABŞ prezident Donald Trampın əmri əsasında Yəməndəki husi obyektlərinə kütləvi zərbələr endirməyə başlayıb.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, məqsəd Amerika maraqlarını müdafiə etmək və naviqasiya azadlığını bərpa etməkdir.
Aynur TAC
tag: Yəmən, ABŞ, Hücum, HƏMAS, Qəzza, todaypress.az,