ABŞ Yəmənə zərbə endirdi - Ölənlər var
ABŞ-nin Yəmənin şimalındakı Əl-Cauf əyalətinə endirdiyi zərbələr nəticəsində "Ənsar Allah" hərəkatının onlarla tərəfdarı öldürülüb.
TodayPress xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Əl-Cauf əyalətində də üsyançıların yerləşdiyi sığınacaqlara hücum olunub.
Ölənlərin husilərin yaratdığı silahlı qüvvələrin şəxsi heyətinin bir qismi olduğu qeyd edilir.
tag: ABŞ, Yəmən, Husi, Ölüm, Müharibə, Ənsar ALlah, todaypress.az,