ABŞ Yəmənin Hodeyda şəhərinə zərbə endirdi- Ölənlər var

Dünya

09.04.2025 05:22

17

Birləşmiş Ştatlar Yəmənin Husilərin nəzarətində olan Hodeyda şəhərinə növbəti zərbələr endirib.

TodayPress xəbər verir ki,  bu barədə Husilərə məxsus "Al Masirah" telekanalı  məlumat yayıb.

Telekanalın məlumatına görə, hücum yaşayış məntəqələrini hədəf alıb. Ən azı 4 nəfər ölüb, daha 13 nəfər yaralanıb. Xilasedicilər dağıntıların təmizlənməsini davam etdirirlər.

Aynur TAC

tag: Yəmən, ABŞ, Husi, Hücum, Ölüm, Müharibə, todaypress.az,