ABŞ Yəmənin Ras İsa limanına silsilə zərbələr endirdi

Dünya

03.05.2025 01:20

15

Birləşmiş Ştatlar Yəmənin Hudeyda əyalətinin Qırmızı dəniz sahilindəki Ras İsa limanına bir sıra hava zərbələri endirib.

TodayPress xəbər verir ki, bu barədə  "Əl Məsirə" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, bir neçə saat ərzində limana azı 7 zərbə endirilib.

Ölənlər barədə məlumat yoxdur.

Aynur TAC

tag: ABŞ, Ras İsa, Liman, Zərbə, todaypress.az,