ABŞ Yəmənin şimal-qərbinə hücum etdi
ABŞ qüvvələri Yəmənin şimal-qərbindəki Cavf əyalətində "Ənsar Allah" (Husi) hərəkatının istifadə etdiyi hökumət binasına bir sıra zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.
Bildirilib ki, Amerika Əl-Cəvf əyalətinin Əl-Həzm rayonunda hökumət iqamətgahına 4 zərbə endirib.
Atəş nəticəsində ölən və yaralananlar var.
Töhfə Səməd
tag: ABŞ,Yəmən,Hüsilər,Hücum,Todaypress.az,