ABŞ yeni NATO təlimləri planlaşdırmaqdan geri çəkiləcək

Dünya

08.03.2025 16:00

1753

Amerika Birləşmiş Ştatları NATO üzrə müttəfiqlərini Avropada gələcək hərbi təlimlərin planlaşdırılmasında iştirakını dayandırmaq niyyəti barədə xəbərdar edib.

TodayPress xəbər verir ki, bu barədə İsveçin “Expressen” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, hələ ki, ABŞ-nin əsas rol oynayacağı gözlənilən 2025-ci ildə artıq planlaşdırılan NATO təlimlərinə şamil edilmir.

Hazırda həyata keçirilməsinin sonrakı mərhələsində olan NATO təlimlərinə aiddir. Nəşr qeyd edir ki, Amerika tərəfi Avropada hərbi xərcləri azaltmaq və Hind-Sakit okean regionuna üstünlük vermək istəyir. 

Qiyməyt Mahir

tag: ABŞ,NATO,Təlim,Avropa,Todaypress.az,