ABŞ yeni nəsil “F-47” qırıcılarını Avropaya verəcək?

Dünya

25.03.2025 14:06

2709

ABŞ perspektiv altıncı nəsil “F-47” qırıcı təyyarələrini Rusiyaya qarşı istifadə üçün Avropaya təklif edə bilər. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin “19FortyFive” nəşri məlumat yayıb. 

Məqalənin müəllifi İsaak Zeyts qeyd edib ki, Avropa ölkələrinin hazırkı altıncı nəsil döyüş təyyarələri layihələri hələlik heç bir konkret nəticə verməyib: 

“F-47” qırıcıları Rusiyanın yaratdığı təhlükələrə qarşı aviasiya qüdrətini artırmaq istəyən bir çox Avropa ölkələrinin hava qüvvələri üçün əla seçim ola bilər”. 

Lakin müəllif hazırda təyyarənin ixrac imkanlarını müzakirə etmək üçün hələ tez olduğunu da əlavə edib: 

“F-47” təyyarəsi hələ fiziki olaraq tam hazır deyil. Bundan əlavə, son geosiyasi tendensiyalar Avropanı ABŞ-dən hərbi asılılığını yenidən nəzərdən keçirməyə sövq edir və onlar Fransa kimi digər tərəfdaşlarla hərbi əməkdaşlığa üstünlük verirlər”. 

Qeyd edək ki, bundan əvvəl “The National Interest” nəşrinin analitiki Harrison Kass “Next-Generation Air Dominance” (NGAD) proqramı çərçivəsində "Boeing" tərəfindən hazırlanan “F-47” təyyarəsinin ABŞ-nin son pilotlu döyüş təyyarəsi ola biləcəyini vurğulamışdı. 

Həmçinin mart ayında “The Aviationist” nəşri ABŞ prezidenti Donald Trampın NGAD proqramı çərçivəsində 6-cı nəsil qırıcı təyyarənin istehsalı üzrə keçirilən tenderin qalibi kimi “Boeing” şirkətini elan etdiyini xəbər vermişdi. 

Qiymət Mahir

tag: ABŞ,F-47,Qırıcı,Təyyarə,Satış,Avropa,Todaypress.az,