ABŞ yeni nüvə hücumu sualtı qayığını istismara verdi
ABŞ Hərbi Dəniz
Qüvvələri yeni “Virginia Block” IV sinif “USS Iowa” (SSN 797) nüvə hücum sualtı
qayığını istifadəyə verib.
TodayPress xarici
mediaya istinadla xəbər verir ki, mərasim Konnektikut ştatının Nyu-London
şəhərindəki dəniz bazasında baş tutub. Bu sinif sualtı qayıqlar 1600 km
mənzilli 12 “Tomahawk” qanadlı raketləri ilə təchiz edilib.
Nüvə sualtı qayığının
uzunluğu 115 metr, eni isə 10 metrdir. O, 240 metrdən çox dərinliyə enişə və 25
düyündən çox sürətə çata bilir.
ABŞ Hərbi Dəniz
Qüvvələri hazırda müxtəlif modifikasiyalı “Virginia” sinifli 23 hücum sualtı
qayığını idarə edir.
Hərbi Dəniz
Qüvvələrində, həmçinin Los-Anceles sinifli 26 nüvə hücumu sualtı qayığı, üç
“Seawolf” sinifli sualtı qayıq, 154 “Tomahawk” qanadlı raketlər ilə silahlanmış
“Ohayo” sinifli dörd sualtı qayıq və hər biri 20 “intercont D5” raketi daşıyan
“Ohayo” sinifli 14 ballistik raket sualtı qayığı var.
tag: ABŞ, Nüvə,Sualtı Qayıq,Virginia Block,USS Iowa, todaypress.az,