Abxaziyada prezident seçkilərinin ikinci turu martın 1-də keçiriləcək
Abxaziya Mərkəzi Seçki Komissiyası fevralın 15-də keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Badra Qunba 46,38% (45 805 nəfər), Adqur Ardzinba - 36,92% (36 476 nəfər), Robert Arşba - 7,54%, Oleq Bartsits - 4,04%, Adqur Xurxumal - 0,97% səs toplayıb.
Abxaziya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə 99 minə yaxın insan iştirak edib.
Abxaziyada prezident seçkilərində səsvermənin ikinci turu martın 1-də keçiriləcək.
Badra Qunba və müxalifətçi Adqur Ardzinba seçkilərin ikinci tura yüksəlib.
Qiymət Mahir
tag: Abxaziya,Seçki,Dünya,İkinci tur,todaypress.az,