Acarıstanın hökümət başçısı istefa verdi

Dünya

04.04.2025 12:47

1369

Acarıstan Muxtar Respublikasının hökumət başçısı Tornike Rijvadze istefa verib. 

TodayPress xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb. 

Onun sözlərinə görə, hökumət başçısı 7 ildir ki, bu vəzifədədir və artıq yeni işlərə başlamaq niyyətindədir. 

Rijvadze, növbəti hökumət başçısına uğurlar arzulayıb və "Gürcü Arzusu Demokratik Gürcüstan" Partiyasına sadiq qalacağını bildirib. 

Türkan İsgəndərli

tag: Acarıstan,Hökümət,Başçı,İstefa,Todaypress.az,