Ağ Ev: "ABŞ Çin mallarına rüsumları 104%-ə qaldıra bilər"

Dünya

07.04.2025 23:13

14

"Pekin Amerika mallarına yeni rüsumlar tətbiq etmək planlarından əl çəkməsə, Vaşinqton Çindən mallara idxal rüsumlarını 104%-ə qədər artıra bilər"

TodayPress xəbər verir ki,  bu barədə "AFP" xəbər agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp əvvəllər razılaşdırılmış 54%-lik rüsumlara əlavə olaraq Çinə tarifləri daha 50% artırmaq təhdidini yerinə yetirsə, Çin idxalına rüsumlar 104%-ə çatacaq.

Yeni artım aprelin 9-da təsdiqlənə bilər.

Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına yeni gömrük rüsumları tətbiq edib. O, həmçinin Çinə əlavə 34% tarif tətbiq edərək, onun ümumi sayını 54%-ə çatdırıb.

Aynur TAC

tag: ABŞ, Tramp, Rüsum, Vaşinqton, Çin, Pekin, todaypress.az,