Ağ Ev: ABŞ-Rusiya danışıqları Ukraynada sülhə doğru ilk addım idi
ABŞ-Rusiya danışıqları Ukraynada sülhə
doğru atılmış ilk addım idi.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat
katibi Kerolin Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.
"Bu, Rusiya və Ukrayna arasındakı müharibədə sülhə
doğru həqiqətən möhtəşəm addımdır" o, deyib.
Livitt ABŞ administrasiyasının Ukrayna rəhbərliyi, eləcə
də Avropa müttəfiqləri ilə əlaqə saxladığını və bütün tərəflərin fikrini
eşitməyə çalışdığını qeyd edib.
"Sazişin razılaşdırılması və problemin həlli üçün
münaqişənin hər iki tərəfi ilə danışmaq lazımdır" Livitt əlavə edib.
tag: ABŞ, Rusiya, Ukrayna, Sülh, Ağ Ev, Livit, todaypress.az,