Ağ Ev animasiyalı yayım başlatdı
ABŞ prezidentinin ikinci müddətinin 100-cü gününə həsr olunan qeyri-adi bir layihə Ağ Evin rəsmi “YouTube” kanalında təqdim olunub: Donald Trampın karikatura versiyası Oval kabinetdə sənəd imzalayır, fon musiqisi isə lo-fi janrındadır.
TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
“Lofi Girl” stilində hazırlanan bu 24 saatlıq animasiya yayımında Tramp sağ tərəfdə işləyərkən, sol tərəfdə onun yerinə yetirilmiş seçki vədlərinin siyahısı göstərilir.
Yayım “Lo-fi MAGA” adlanır və mayın 3-ü gecə başlayaraq mayın 5-nə qədər davam edəcək. Sloqan “Vədlər verildi, vədlər yerinə yetirildi”dir.
Ağ Ev administrasiyasının verdiyi açıqlamaya görə, layihə “informasiya təqdimatının innovativ üsulu” kimi nəzərdə tutulub və gənc auditoriyaya yönəlib.
Qiymət Mahir
tag: Ağ Ev,ABŞ,Tramp,Oval kabinet,todaypress.az,