Ağ Ev: Husilər 2023-cü ildən bəri ABŞ gəmilərinə 300-dən çox hücum etdi
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından
olan husilər 2023-cü ildən bəri ABŞ-nin hərbi və ticarət gəmilərinə 300 dəfədən
çox hücum edib.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin yaydığı
bəyanatda deyilir.
Onun sözlərinə görə, 2023-cü ildən bəri ABŞ hərbi
gəmiləri husilər tərəfindən 174 dəfə, ticarət gəmiləri isə 145 dəfə hücuma
məruz qalıb.
“Heç bir terrorçu qüvvə Amerika ticarət və hərbi
gəmilərinin dünyanın dəniz zolaqlarında sərbəst hərəkət etməsinə mane ola
bilməz. İqtisadi və milli təhlükəsizliyimiz çox uzun müddətdir husilərin hücumu
altındadır. Bu gün ABŞ prezidenti Donald Trampın hərəkətləri və rəhbərliyi buna
son qoymalıdır”.
tag: Yəmən, ABŞ, Hücum, Husi, Ağ Ev, todaypress.az,