Ağ Ev Putinin Ukrayna ilə bağlı təklifinə cavab verdi

Dünya

28.03.2025 09:55

1941

"Ukraynada hakimiyyəti Konstitusiya və xalq müəyyən edir". 

TodayPress xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi deyib. 

Onun sözlərinə görə, qərar qəbul edilərkən Ukraynanın fikirləri də nəzərə alınmalıdır.   

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada BMT və bir sıra dövlətlərin himayəsi altında müvəqqəti idarəetmənin tətbiqini təklif edib. 

Türkan İsgəndərli

tag: Ağ Ev,Rusiya,Ukrayna,ABŞ,Todaypress.az,