Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
ABŞ Prezidenti Donald Tramp martın 13-də
Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmayıb.
TodayPress "TASS"a istinadən xəbər verir ki, bu
barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
“Xeyr, Tramp danışmayıb. Putinlə Moskvada Stiv Uitkoff
danışıb” o, müvafiq suala cavab verib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti “Truth” sosial
şəbəkəsində Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar
müzakirələr apardıqlarını və dəhşətli, qanlı müharibənin nəhayət başa
çatacağına dair hər cür şans olduğunu yazmışdı. Amma Amerika lideri Rusiya
dövlət başçısı ilə telefon danışığını, yoxsa Putinin Uitkoffla danışdığını
nəzərdə tutduğuna aydınlıq gətirməmişdi.
tag: ABŞ, Tramp, Rusiya, Putin, Preident, Ağ Ev, todaypress.az,