Ağ Ev Qrenlandiyanın dəyərini öyrənir
ABŞ prezidenti Donald Trampın komandası Qrenlandiyanın xərclərini öyrənir.
TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Xərclərə adanın 58 min sakininə ictimai xidmətlərin göstərilməsi də daxildir.
ABŞ Qrenlandiyalılara Danimarkanın ona ayırdığı 600 milyon dollarlıq subsidiyadan daha çox məbləğ təklif etməyə hazırlaşır.
Trampın komandası həmçinin adada faydalı qazıntılar etmək üçün əlverişli yerləri araşdırır.
Qrenlandiyanın etirazlarına baxmayaraq, ABŞ nümayəndə heyəti martın 27-dən 29-dək adaya səfər edib.
Türkan İsgəndərli
tag: ABŞ,Qrenlandiya,Tramp,Görüş,Todaypress.az,