Ağ Ev: Rusiya və ABŞ Qara dənizlə bağlı razılığa gəldilər
Rusiya və ABŞ Qara dənizdə təhlükəsiz naviqasiyanı
təmin etmək və güc tətbiqini aradan qaldırmaq barədə razılığa gəliblər.
TodayPress xəbər verir ki, bu barədə Rusiya və ABŞ ekspert
qruplarının Ər-Riyadda keçirilən görüşünün yekunları üzrə Ağ Evdən verilən
yazılı açıqlamada bildirilib.
“ABŞ və Rusiya gəmiçiliyin təhlükəsizliyini təmin etmək,
güc tətbiqini aradan qaldırmaq və Qara dənizdə hərbi məqsədlər üçün ticarət
gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər” sənəddə qeyd edilir.
tag: Tramp, Sənəd,ABŞ, Qara Dəniz, todaypress.az,