Ağ Ev: Tərəflər Ukraynada sülhə indiki qədər yaxın olmamışdılar
“Tərəflər Ukraynada sülhə indiki qədər
yaxın olmayıblar”.
TodayPress xəbər verir ki, bunu Ağ Evin mətbuat
katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
Sözçü Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan
danışıqlara toxunaraq qeyd edib:
“Biz heç vaxt sülh sazişinə indiki qədər yaxın olmamışıq.
Bildiyiniz kimi, prezident (ABŞ lideri Donald Tramp) bu məqsədə çatmaqda
qərarlıdır”.
Karolin Levitt əlavə edib ki, Ukraynadakı hərbi
əməliyyatlar ABŞ-nin əvvəlki administrasiyasına görə başlayıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişiqyaslı
müharibə 2022-ci il fevralın 24-də başlayıb.
tag: Ukrayna, Rusiya, Sülh, Amerika, Ağ Ev, todaypress.az,