Ağ Ev: Tramp Ukraynadakı müharibəni əbədi olaraq bitirməkdə qətiyyətlidir
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir
Zelenski arasında telefon danışığı yaxşı keçib. Zelenski ABŞ-ın dəstəyinə görə
Trampa təşəkkür edib.
TodayPress xəbər verir ki, bunu
Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında deyib.
Ağ Ev sözçüsü
bildirib ki, Tramp Ukraynadakı müharibəni əbədi olaraq bitirməkdə qərarlıdır:
“Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq. Prezident Tramp sayəsində
buradayıq. Bir neçə il əvvəl bu müharibədə qismən atəşkəsə nail olmaq mümkün
deyildi”.
Ağ Ev
sözçüsünün sözlərinə görə, telefon danışığı zamanı Zelenski Trampdan mülki
insanları qorumaq üçün əlavə Hava Hücumundan Müdafiə sistemləri, xüsusilə
"Patriot" raket sistemləri istəyib.
“Prezident Tramp da
xüsusilə Avropada mövcud olan raketlər üzərində birgə işləməyə razılıq verib”.
Kerolayn Livitt
qeyd edib ki, Ukrayna və ABŞ müharibəyə reallıqda son qoymaq üçün birgə
işləməyə davam edəcəklər.
Bundan əlavə
Tramp Zelenskiyə Putinlə telefon söhbəti və müzakirə olunan əsas məsələlər
barədə tam məlumat verib.
Liderlər
Kurskdakı vəziyyəti nəzərdən keçiriblər və döyüş meydanında vəziyyətin inkişafı
ilə bağlı müdafiə qərargahları arasında yaxından məlumat mübadiləsi aparmağa
razılaşıblar.
tag: Ağ Ev, Müharibə, ABŞ, Zelenski, Tramp, todaypress.az,