Ağ Ev Trampın xüsusi nümayəndəsinin Moskvaya səfər etdiyini təsdiqlədi
Rusiya Trampın xüsusi nümayəndəsi ilə danışıqlardan sonra
narkotikə görə məhkum edilmiş ABŞ-nin keçmiş diplomatını azad edib.
TodayPress
xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki,
Rusiya ABŞ səfirliyinin üç ildən artıq həbsdə olan keçmiş əməkdaşı Mark Fogeli
azad edib.
Rusiya mətbuatı
yazır ki, keçmiş diplomatın azadlığa buraxılmasını Trampın xüsusi nümayəndəsi
Stiv Uitkoff təmin edib.
Rusiya tərəfi
nə Uitkoffun gəlişini, nə də Fogelin azad edilməsini təsdiqləyib.
ABŞ-nin milli
təhlükəsizlik müşaviri Mayk Uolts "X" sosial şəbəkəsində Rusiya ilə
məhbus mübadiləsi danışıqları haqqında bəyanat yayıb.
"Bu gün
Prezident Donald Tramp və onun xüsusi nümayəndəsi Stiv Uitkoff bəyan edir ki,
cənab Uitkof Rusiyada saxlanılan amerikalı Mark Fogellə birlikdə Rusiya hava
məkanını tərk edir. Prezident Tramp, Stiv Uitkof və prezidentin müşavirləri
Rusiyanın xoşməramlı jesti olan mübadilə haqqında danışıqlar aparıblar, hansı
ki, bu, Ukraynadakı qəddar və dağıdıcı müharibəni bitirmək üçün düzgün
istiqamətdə hərəkət etdiyimizi göstərir" deyə bəyanatda bildirilib.
Qeyd edək ki,
Fogel 2021-ci ildə həyat yoldaşı ilə birlikdə içərisində həşiş və marixuana
olan 14 elektron siqaret kartriclə hava limanında saxlanılıb.
tag: Amerika, ABŞ, Ağ Ev,Tramp,Rusiya, todaypress.az,