Ağ Ev: Ukraynada sülh əvvəlkindən daha yaxındır
Beynəlxalq
ictimaiyyət heç vaxt Ukraynada sülhün əldə olunmasına bu qədər yaxın olmayıb.
TodayPress
xəbər verir ki, bunu Ağ Evin mətbuat
katibi Karolin Levittin deyib.
"Dünən
Amerika Birləşmiş Ştatları və dünya üçün sülh baxımından məhsuldar bir gün idi.
Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq" o vurğulayıb.
ABŞ
prezidenti Donald Tramp martın 14-də “Truth” sosial şəbəkəsində yazıb ki,
martın 13-də Rusiya prezidenti Vladimir Putinlə “çox yaxşı və məhsuldar” söhbət
olub.
Aynur TAC
tag: Ağ Ev, Putin, Ukrayna, Sülh, Rusiya, Zelenski, todaypress.az,