Ağ Ev Ukraynaya hərbi yardımı bərpa edə bilər

Dünya

05.03.2025 18:34

950

ABŞ Kiyevlə danışıqlarda uğur qazanacağı təqdirdə Ukraynaya hərbi yardımın çatdırılmasını bərpa edə bilər. 

TodayPress xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib. 

“Düşünürəm ki, əgər biz bu danışıqları başa çatdırıb onlarla irəliləyə və faktiki olaraq bəzi etimad quruculuğu tədbirlərini masaya qoya bilsək, o zaman ABŞ prezidenti Donald Tramp bu fasiləni aradan qaldırmaq üçün çox çalışacaq” o deyib.   

Bundan əvvəl Tramp Konqresdəki çıxışı zamanı Ukrayna lideri Volodimir Zelenskidən danışıqlar masasına oturmağa hazır olduğu barədə məktub aldığını bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna rəhbəri Vaşinqtonla nadir torpaq metalları üzrə saziş imzalamağa razılaşıb. 

Türkan İsgəndərli

tag: ABŞ,Ukrayna,Tramp,Vals,Todaypress.az,