Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək
ABŞ Qəzza zolağına qoşun göndərmək və
ölkənin vergi ödəyiciləri hesabına Fələstin anklavının yenidən qurulmasını
maliyyələşdirmək niyyətində deyil.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat
katibi Karolin Levitt "Fox News" telekanalına müsahibəsində bildirib.
“Prezident Donald Tramp Qəzzaya qoşun göndərməyəcəyini
açıq şəkildə bildirib. Onun bunu etmək niyyəti yoxdur. O, həmçinin açıq şəkildə
bildirib ki, ölkənin vergi ödəyiciləri bu səyləri maliyyələşdirməyəcəklər” Leavitt bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp
İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında
Vaşinqtonun Qəzza zolağını geri almağa və Fələstin anklavını təmizləməyə
başlamağa hazır olduğunu bildirib.
tag: ABŞ, Qəzza,Ağ Ev, Karolin, todaypress.az,