Ağ Ev yaxınlığında atışma oldu, yaralanan var

Dünya

09.03.2025 17:45

1311

Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub.

TodayPress xəbər verir ki, həmin vaxt prezident Donald Tramp Ağ Evdə deyil, Floridadakı iqamətgahında olub.

Xüsusi xidmət orqanları silahlı şəxsin İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Onun avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Polis yaxınlaşan zaman isə şübhəli atəş açmağa başlayıb.

Atışma nəticəsinə yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

Onun durumunun necə olduğu açıqlanmayıb. 

tag: Ağ Ev ,ABŞ ,Donald Tramp,Florida,Polis ,todaypress.az,