Ağ EV: Zelenski tezliklə ABŞ ilə mineral saziş imzalayacaq
Ukrayna Prezidenti
Volodimir Zelenski ABŞ ilə Ukraynada nadir torpaq elementləri ilə bağlı
müqavilə imzalayacaq.
TodayPress xəbər verir ki, bu barədə
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib.
Onun
sözlərinə görə, imzalanma yaxın gələcəkdə baş verəcək.
Vals vurğulayıb ki, ABŞ-yə mineral sövdələşməni təklif edən Zelenskidir.
“Avropa faktiki olaraq Ukraynada
nizamlanmaya qarşıdır. ABŞ hesab edir ki, bu hərəkətlər mənasızdır” Ağ Ev
rəsmisi əlavə edib.
tag: Ukrayna, Zelenski, ABŞ, Ağ Ev, Mayk Vals, todaypress.az,