Ağ Evdə mineral sövdələşmə niyə imzalanmayıb?
Ağ Evdə baş verən mübahisədən sonra Kiyev nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın mineral sövdələşmə ilə bağlı yekun qərarını təxminən bir saat gözləyib.
TodayPress xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, Tramp və baş məsləhətçiləri Oval kabinetdə müzakirə apararkən, Ukrayna prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyəti qonşu otaqda gözləyib.
Kiyev rəsmiləri Trampın mineral sövdələşməni təsdiqləyəcəyinə ümid etdiklərini bəyan ediblər.
Nicat Osman
tag: Tramp,Zelenski,ABŞ,Ukrayna,Todaypress.az,