Ağ Evdə yüksək vəzifəli rəsmilər işdən azad edildi
Ağ
Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) bir neçə direktoru vəzifəsindən azad
edilib.
TodayPress
xəbər
verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata
görə, işdən çıxarılmalar çərşənbə günü ABŞ Prezidenti Donald Tramp və sağçı
fəal Lora Lumer arasında keçirilmiş görüşün birbaşa nəticəsi olub. Lumer görüş
zamanı Trampa bir neçə yüksəkrütbəli məmurun ölkə rəhbərliyinə xəyanət etdiyini
iddia edib və onların işdən çıxarılmasını tələb edib.
Agentlik
bildirir ki, Lumer, həmçinin, Trampa ABŞ prezidentinin milli təhlükəsizlik üzrə
köməkçi müavini Aleks Vonqun işdən çıxarılmasını tövsiyə etsə də, CNN-in
məlumatına görə, o, hələlik vəzifəsində qalır.
CNN-in
məlumatına əsasən, vəzifəsindən azad edilən şəxslər arasında kəşfiyyat
direktoru və hazırkı dövlət katibi Marko Rubionun Senatın Seçilmiş Kəşfiyyat
Komitəsində keçmiş əməkdaşı, eyni zamanda ABŞ-nin milli təhlükəsizlik müşaviri
Mayk Uolsun Konqresdə qanunvericilik üzrə direktoru vəzifəsində çalışmış Brayan
Uolş, əvvəllər Konqresdə Milli Təhlükəsizlik Departamentinin direktoru
vəzifəsində olmuş Tomas Bou və ABŞ-nin Milli Təhlükəsizlik Departamentinin baş
direktoru Devid Feyt də var.
tag: Ağ Ev, Bakı, Rəsmi, MTŞ, Direktor, Vəzifə, Amerika, todaypress.az,