Ağ Evdən Trampa xəbərdarlıq: “Onunla əlaqə saxlama!”

Dünya

04.04.2025 11:24

2751

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı bu günə qədər planlaşdırılmayıb.

TodayPress xəbər verir ki, bu barədə “NBC News” Tramp administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Trampın yaxın çevrəsi ona məsləhət görüb ki, Putin Rusiya-Ukrayna müharibəsində tam atəşkəsə razı olmadıqca, onunla əlaqə saxlamasın.

Ağ Evin məlumataına görə, Tramp qəfil fikrini dəyişərək Putinə zəng etmək qərarına gələ bilər.

Lakin ABŞ rəsmiləri prezidentə xəbərdarlıq ediblər ki, əgər Rusiya lideri atəşkəslə bağlı konkret razılıq mesajı verməyibsə, bu zəng yaxşı ideya deyil.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Rusiya,Putin,Todaypress.az,