Ağ Evin hasarına çıxan şəxs həbs edildi
Vaşinqtonda naməlum şəxs Ağ Evin ətrafında quraşdırılmış hasara çıxmağa cəhd etdikdən sonra həbs edilib.
TodayPress xəbər verir ki, bu barədə “Fox5” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 3-də baş verib.
İctimai asayişi pozan şəxs fevralın 5-də gizləndiyi məkanda aşkar edilərək saxlanılıb.
Saxlanılan şəxsin kimliyi açıqlanmayıb.
Hüquq-mühafizə orqanlarının ona qarşı hər hansı ittiham irəli sürəcəyi məlum deyil.
Nicat Osman
tag: Ağ Ev,Vaşinqton,ABŞ,Həbs,Todaypress.az,