17-ci sanksiyalar paketini müzakirə edəcək

Dünya

14.04.2025 18:12

14

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri may ayında Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirəyə çıxarmağı planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı Kaya Kallas “RIA”ya açıqlamasında məlumat verib.

“Hazırda Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə edirik. Buraya “kölgə donanması” və digər mexanizmlər daxildir. Bu elementlər Aİ Xarici İşlər Şurasının may iclasında təqdim olunacaq”  deyə Kallas bildirib.

Qeyd edək ki, aprelin 1-də Kallas artıq bu paketin vacibliyini vurğulamış və sanksiyaların Rusiyanı atəşkəsə razı salmaq üçün zəruri olduğunu bildirmişdi.

Qiymət Mahir

tag: Avropa İttifaqı,Rusiya,Sanksiyalar,Müzakirə,Todaypress.az,