Aİ 2022-ci ildən bəri Ukraynaya 144 milyard avro xərclədiyini açıqladı

Dünya

09.04.2025 21:20

24

Avropa İttifaqı 2022-ci ilin əvvəlindən bəri Ukraynaya yardıma 144 milyard avro, o cümlədən silah tədarükünə 49,6 milyard avro xərcləyib.

TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-Ukrayna Assosiasiya Şurasının iclası zamanı verdiyi bəyanatda bildirilib.

Bəyanata görə, Aİ-nin Ukrayna və ukraynalılara ümumi yardımı 144 milyard avro təşkil edib.

Sənəddə deyilir ki, Avropa Sülh Fondu vasitəsilə və birbaşa üzv dövlətlər tərəfindən verilən hərbi yardım 49,6 milyard avro təşkil edib, 73 min Ukrayna əsgəri isə Aİ təlimləri alıb.

Aynur TAC

tag: Avropa İttifaqı, Ukrayna, Avro, Yardım, Sİlah, todaypress.az,