Aİ-ABŞ arasındakı tarif savaşı: Yeni gömrük rüsumları qüvvəyə minir

Dünya

04.04.2025 13:00

2609

Avropa İttifaqının (Aİ) Amerika idxalına qarşı cavab rüsumları gələn həftə təsdiqləndikdən sonra ən tez may ayında qüvvəyə minəcək.   

TodayPress xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti məlumat yayıb. 

Bildirilib ki, Aİ üzv ölkələrin hakimiyyət orqanlarına cavab tədbirlərinin yenilənmiş siyahısını göndərəcək.

Bu tədbirlər 15 aprel tarixində təsdiqlənəcək, lakin yalnız bir ay sonra qüvvəyə minəcək.   

Daha əvvəl Aİ-nin ticarət üzrə komissarı Maroş Şevçoviç bildirmişdi ki, Aİ-nin ticarət nazirləri Amerika mallarına qarşı rüsumları 7 aprel tarixində təsdiqləyəcəklər. 

FT qeyd edir ki, Avropanın Vaşinqtonla tariflər məsələsində apardığı danışıqlar hələlik nəticə verməyib. Avropalı diplomatların sözlərinə görə, Şefçoviçin danışıqlar apardığı ABŞ-nin ticarət naziri Hovard Latnikin Amerika prezidenti Donald Trampa təsir imkanları məhduddur.

Tarif siyasəti üzrə əsas qərarları Ağ Evin ticarət və istehsal məsələləri üzrə müşaviri Piter Navarro qəbul edir. 

“Görünən odur ki, bu siyasətin əsas memarı Piter Navarrodur. Lakin o, danışıqlarda iştirak etməyəcək” deyə nəşrin mənbəsi bildirib. 

Töhfə Səməd

tag: ABŞ,Avropa İttifaqı,Tarif,Savaş,Todaypress.az,