Aİ-ABŞ münasibətləri iqtisadiyyata zərbə vuracaq

Dünya

03.04.2025 14:03

1552

"Aİ rəhbərliyi tarifləri azaltmaq üçün ABŞ ilə razılığa gələ bilərdi, lakin bunu etmədi və indi onun hərəkətsizliyi cəmiyyətin iqtisadiyyatına zərbə vuracaq". 

TodayPress xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. 

"Avropanın iqtisadiyyatı və əhalisi Brüsselin səriştəsizliyinin əvəzini növbəti dəfə ödəyir. Avropa Komissiyası ABŞ ilə danışıqlar aparmalı idi. Bunun üçün onlara iki ay vaxt verildi, amma heç nə etmədilər" o bildirib. 

Qeyd edək ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp ABŞ hökumətinin bir çox ölkədən idxala tariflər tətbiq edəcəyini, Aİ-nin 20% dərəcəsi ilə vurulacağını açıqlayıb. 

Türkan İsgəndərli

tag: Avropa İttifaqı,ABŞ,İqtisadiyyat,Zərbə,Todaypress.az,