Aİ ABŞ-nin Ukraynaya yardımı dayandırmaq qərarından danışdı
“ABŞ müttəfiqləri ilə müzakirə və məsləhətləşmədən Ukraynaya yardımı dayandırmaq qərarına gəlib”.
TodayPress “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski məlumat verib.
“ABŞ-nin qərarı NATO müttəfiqləri və Ukraynanın müdafiəsi üzrə Rammstein Təmas Qrupunun iştirakçıları ilə heç bir müzakirə və məsləhətləşmədən qəbul edilib” deyə diplomat bildirib.
Vronskinin sözlərinə görə, ABŞ administrasiyası Ukraynaya yardımı dayandırmaq qərarına gəldikdən sonra münaqişə ətrafında vəziyyət çox ciddi olub.
Aysel Mətləb
tag: ABŞ,NATO,Avropa İttifaqı,Polşa,Todaypress.az,